...

Türk Dünyası İnsan Resursları İnstitutu yaradılacaq

Cəmiyyət Materials 23 Oktyabr 2023 15:33 (UTC +04:00)
Türk Dünyası İnsan Resursları İnstitutu yaradılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 23-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafına məsul şəxslərin ikinci görüşü keçirilib.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından məlumat verilib.

Bildirilib ki, görüşdə Özbəkistan Prezidenti yanında Dövlət Xidmətlərinin İnkişafı Agentliyi sədrinin birinci müavini, TDT-yə üzv ölkələrin İnsan Resurslarının İnkişafı üzrə məsul qurum rəhbərləri və TDT Baş katibinin müavini iştirak edib.

Görüş zamanı tərəflər insan resursları sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, o cümlədən TDT-yə üzv dövlətlər arasında gənclər və təhsillə bağlı sahələrin inkişafı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Türkiyənin təşəbbüsü ilə TDT çətiri altında Türk Dünyası İnsan Resursları İnstitutunun yaradılması imkanlarını da müzakirə ediblər.

Qeyd edək ki, görüşdə Azərbaycanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti