...

İlahiyyat İnstitutunda Zəfər Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2023 16:06 (UTC +04:00)
İlahiyyat İnstitutunda Zəfər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, böyük qürur hissi ilə qeyd etdiyimiz bu günləri bizə yaşadan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Müzəffər Ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Tarixi keçmişimizə nəzər salan rektor ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı hadisələrinə diqqət çəkib. Əsrlərdir, bizə qarşı torpaq iddiası irəli sürən mənfur qonşularımızın, əslində, havadarları tərəfindən torpaqlarımızda məskunlaşdırıldığını vurğulayıb.

Rektor Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağımızın hər bir nöqtəsində yenidənqurma işlərinin aparıldığını, Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın gerçəkləşdirildiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov Qarabağ Zəfərimizin mahiyyəti barədə geniş məruzə edib. Akademik bildirib ki, Qarabağ Zəfəri 1813-cü və 1828-ci illər faciələrindən sonra, Azərbaycan xalqının müharibə meydanında qazandığı ən böyük tarixi nailiyyətdir: “Bu Zəfərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacaqlarını, erməni işğalının uzun sürməyəcəyini dönə-dönə vurğulayırdı. Hər şeyin zamana ehtiyacı olduğunu bildirirdi”.

Akademik bildirib ki, Vətən müharibəsində böyük tarixi Qələbəmiz Azərbaycanın son 200 illik tarixində ilk dəfədir reallaşıb. Bunu böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində öz xalqına və Şanlı Ordumuza başçılıq edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti