Bakı. Trend:
Uzun illərdən sonra artıq bu gün Vətən həsrətinə, doğma yurd həsrətinə son qoyuram.
Bunu Trend-ə açıqlamasında Laçın rayonu Zabux kənd sakini Gülbəniz Abbasova deyib.
Onun sözlərinə görə, Zabuxu 31 yaşında atışma altında tərk edib.
"Valideynlərim vətən həsrəti ilə dünyasını dəyişib. Biz indi ona görə kədərliyik. Amma sevinirik ki, öz yurdumuza geri qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Şəhid ailələrin səbir diləyirik", -deyə o bildirib.
Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.