Bakı. Trend:
Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma kəndimizə geri dönürük. Çox böyük həvəs və sevinclə doğma kəndimizə gedirəm.
Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Vüsal Məmmədov deyib.
O qeyd edib ki, doğma yurddan ayrı yaşamaq çox çətin idi.
“31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq vətən həsrəti sona çatdı, öz kəndimizdə gözəl günlər keçirəcəyik”, - deyə o əlavə edib.