Bakı. Trend:
ABŞ-ın ən qədim lüğətlərin dərc edilməsi ilə məşğul olan “Merriam-Webster” nəşriyyatının versiyasına görə, 2023-cü ilin sözü "autentik”dir.
Trend-in məlumatına görə, nəşriyyatın fikrincə, bu seçim süni intellekt, məşhurların mədəniyyəti, identiklik və sosial media haqqında hekayələr və söhbətlər sayəsində bu il "autentik" sözünün populyarlığının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.
Bir çoxları nə üçün məhz bu sözün seçilməsinin səbəbini axtarsa da, "autentik" sözünün həm də "saxta olmayan və ya təqlid edilməyən" və "öz şəxsiyyətinə, ruhuna və ya xarakterinə sadiq" də daxil olmaqla, bir neçə mənaya malik olduğu qeyd olunur.
Nəşriyyatın yazdığına görə, bu termindən öz “orijinal səslərini” və “orijinal şəxsiyyətlərini” tapmaq istədiklərini bəyan edərək, qəzet manşetlərinə çıxan Leyni Uilson, Sem Smit və Teylor Svift kimi məşhur müğənnilər də istifadə ediblər.