Bakı. Trend:
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı noyabrın 28-də polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.