...

Bu il iki minə yaxın şəxsə qrip əleyhinə vaksin edilib - TƏBİB

Cəmiyyət Materials 1 Dekabr 2023 15:42 (UTC +04:00)
Bu il iki minə yaxın şəxsə qrip əleyhinə vaksin edilib - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Bu günədək olan statistikaya əsasən, 2023-cü il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb. 314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti