...

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra olunub (VİDEO)

Cəmiyyət Materials 5 Dekabr 2023 10:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti