...

Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib - Nazir

Cəmiyyət Materials 15 Dekabr 2023 10:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Siniflər və tədris fənləri üzrə dərs saatlarını müqayisə etsək, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

"Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin bu, elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir", - deyə o əlavə edib.

Nazir qeyd edib ki, məzmun baxımından müəyyən dəyişikliklər baş verir:

"Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir.

Tədris olunan fənlər demək olar dəyişməyib. Bu, cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqədardır. Digər tərəfdən, yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir", - nazir deyib.

Qeyd edək ki,Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edir.

Xəbər lenti

Xəbər lenti