Bakı. Trend:
Odessa şəhərinin ayrı-ayrı istiqamətləri üzrə müntəzəm olaraq əlaqə saxladığımız soydaşlarımız var.
Trend xəbər verir ki, bu barədə “Birlik” Odessa Azərbaycan Evinin sədr müavini Anar Ağayev Odessaya raket hücumlarından sonra soydaşlarımızın vəziyyətilə bağlı Diaspor FM-ə danışıb.
O qeyd edib ki, bugün səhər saatlarına qədər genişmiqayaslı hava hücumları oldu. Məktəbin həyətinə raket düşdü.
"Dağıntı var, amma itki yoxdur. Bir də yaşayış binasına raket düşüb və 15-20 nəfər yaralı var. Onların arasında uşaqlar da var. 2 nəfər həlak olub. Yaralanan və həlak olanların arasında azərbaycanlı yoxdur", - deyə o bildirib.
Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov isə şəhərə raket hücumundan sonra soydaşlarımızın vəziyyətilə bağlı Diaspor FM-ə danışarkən bildirib ki, raket hücumu nəticəsində yaralananlar arasında azərbaycanlılar yoxdur.
"Bu gecə Xarkov şəhərinə növbəti raket hücumu oldu. Nəticədə dağıntılar, yaralananlar var. Onlarn arasında azərbaycanlılar yoxdur. Həmyerlilərimizlə daima əlaqədəyik", - deyə o əlavə edib.