...

Bu rayona qadın prokuror TƏYİN EDİLİB

Cəmiyyət Materials 7 Yanvar 2024 20:02 (UTC +04:00)
Bu rayona qadın prokuror TƏYİN EDİLİB
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xızı rayonuna yeni prokuror təyin edilib.

Trend-in sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanova Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Qeyd edilir ki, bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu təyinata qədər Xızı rayonunun prokuroru Rahim Səfəralıyev olub. Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Rahim Səfəralıyev işdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti