...

Bayramdan sonra COVID-19-a yoluxma statistikasında artım OLA BİLƏR

Cəmiyyət Materials 8 Yanvar 2024 17:26 (UTC +04:00)
Bayramdan sonra COVID-19-a yoluxma statistikasında artım OLA BİLƏR
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda yoluxma dalğasının epidemiya və ya pandemiya həddinə gəlib çatması barədə danışmaq düzgün olmaz.

Trend xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

"Doğrudur, son həftələrdə yoluxma statistikasında kiçik artım müşahidə olunur və bu say ikirəqəmli ədədlə ifadə olunur. Əvvəllər pandemiya dövründə də biz bunu müzakirə edirdik, həftə sonundan sonra yoluxma birinci gün kiçik rəqəm, ikinci gün yüksək rəqəmlə ifadə olunurdu. İndi ilin əvvəlində 7 gün qeyri-iş günü olub və ola bilər ki, bayramdan sonra bir sıçrayış olsun. Lakin bu, həqiqi sıçrayış deyil. Bu, sadəcə bayram günlərində əhalinin müraciət etməməyi ilə də əlaqədar ola bilər, həmin günlərdə müəssisələrin heç də hamısı normal iş rejimində çalışmırdı, buna görə birdən-birə toplanılmış nümunələr analiz edilir və statistik sıçrayış ola bilər.

İstər Azərbaycanda, istərsə də dünyada SARS-CoV-2 virusunu tanımayan orqanizm tapmaq çox çətindir. Əhalinin bir hissəsi bu xəstəliyi bir deyil, bir neçə dəfə keçirib, əhalinin xeyli hissəsi də peyvənd edilib. Hər halda immun sistemi həmin virusu tanıyır. Virusun yoluxması sürətlənsə də, ağır gedişatı ancaq risk qruplarında ola bilər. Bu, bütün xəstəliklərdə, influenzada da belədir. Kimsə infleunzanı ayaq üstə, yüngül, kimsə ağır keçirir. Virusun daha sürətlə yoluxması kliniki olaraq gələcəkdə onun ağırlaşmasına aparıb çıxarmayacaq. Belə bir nəzəriyyə mövcud deyil. Əksinə, daha az yayılan və daha yüngül klinik gedişatlı xəstəlik olacaq", - deyə Y.Qarayeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti