...

Bir peyvəndlə qripdən və koronavirusdan qorunmaq mümkün olacaq - TƏBİB

Cəmiyyət Materials 8 Yanvar 2024 17:30 (UTC +04:00)
Bir peyvəndlə qripdən və koronavirusdan qorunmaq mümkün olacaq - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlk istifadə etdiyimiz peyvəndlər virusun alfa ştammına qarşı istifadə edilmişdi. Təbii ki, heç nə yerində dayanmır, peyvənd istehsal edən şirkətlər bunun üzərində çalışırlar.

Trend xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, ABŞ-də xüsusilə 2023-2024 il mövsümü üçün son variantlar nəzərə alınaraq COVID peyvəndi hazırlanıb.

"Azərbaycanda istifadə olunan peyvənd alfa ştammına qarşıdır. Ancaq virus eyni virusdur, sadəcə onun zülallarında müəyyən dəyişikliklər olur və buna mutasiya deyirik. Bu, orqanizmin immun sistemi üçün yeni deyil, əgər peyvənd vurulubsa, artıq immun sistemi onu tanıyır. Qrip peyvəndində də belədir.

Hər il yeni qrip peyvəndi istifadə edilir, artıq onun istehsalı çox inkişaf etdiyi üçün belə bir praktika var. Peyvəndlərin də üzərində ilboyu epidemioloji nəzarət aparılır, dünyanın müxtəlif ölkələrindən nümunələr götürülərək məlumat toplanılır ki, gələcək mövsümdə hansı ştammlar daha çox yayıla bilər. Həmin məlumatlar əsasında yeni peyvəndlər hazırlanır. Bu, qrip virusunda belə idi, artıq COVID-də də var. Qriplə COVID-in yeni ştammı bir peyvənddə olması üzərində iş gedir və gələcəkdə bir peyvənd vurduraraq hər iki virusdan qorunmaq mümkün olacaq", - deyə Y. Qarayeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti