...

Şəmkirdə dönərdən zəhərlənən uşaqların SON VƏZİYYƏTİ

Cəmiyyət Materials 14 Fevral 2024 11:11 (UTC +04:00)
Şəmkirdə dönərdən zəhərlənən uşaqların SON VƏZİYYƏTİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mersin” dönər evindən aldıqları dönəri yedikdən sonra uşaqlar özlərini pis hiss etdiklərini bildiriblər. Bunlar 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti