...

Məktəbdə də, evdə də uşaqlar dalaşır, bunu videoya çəkib müəllimlərin üzərinə getmək düzgün deyil - Nazir

Cəmiyyət Materials 29 Fevral 2024 15:17 (UTC +04:00)
Məktəbdə də, evdə də uşaqlar dalaşır, bunu videoya çəkib müəllimlərin üzərinə getmək düzgün deyil - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə baş verən neqativ hallara qarşı tədbirlər görülür.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Hadisə müxtəlif səbəblərdən baş verə bilər. Hər bir halın özünün ayrı izahı var. Hadisə baş verəndə cəmiyyət tərəfindən günahkar axtarışına çıxılır və cəzalar istənilir. Dövlət qurumları qanunvericiliklə hərəkət edir. Kiminsə emosiyaları ilə yox. Bu və ya digər hadisəyə qiymət verən qurum hüquq-mühafizə orqanlarıdır.

Məktəbdə də, evdə də həmişə uşaqlar bir-birilə dalaşır. Bunu videoya çəkib sosial şəbəkələrdə müəllimlərin üzərinə getmək düzgün deyil”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti