Bakı. Trend:
Bələdiyyələrin birləşməsi çox vacibdir. Bildirildi ki, bələdiyyələrin birləşməsindən sonra 700-ü qalacaq. Hesab edirəm ki, 700 bələdiyyə də çoxdur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
"Çünki əhalisi bizimlə eyni sayda olan ölkələr var ki, orada 200 və ya ondan bir az artıq bələdiyyə fəaliyyət göstərir", - deyə komitə sədri bildirib.
Qeyd edək ki, komitənin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilir.
Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.