Bakı. Trend:
Bakıda avtomobilin şüşələri sındırılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 3-nə keçən gecə Qaraçuxur qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin şüşələrinin sındırılması barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Zakir Mahmudov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.