Bakı. Trend:
Bakıda sex yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb.
Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.