...

Vətəndaşın övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir - DİN

Cəmiyyət Materials 12 Aprel 2024 00:14 (UTC +04:00)
Vətəndaşın övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs aprelin 11-də videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti