...

Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı

Cəmiyyət Materials 18 Aprel 2024 12:36 (UTC +04:00)
Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

8 minə yaxın müəllim təkrar sertifikasiyada iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

“Ötən il sertifikasiyada uğurlu olmayan 200-ə yaxını öz ərizəsi ilə işdən ayrılıb. Geri qalanları təkrar sertifikasiyada iştirak edəcək. Onlar üçün təlim təşkil ediləcək.

Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq. Sertifikatlaşdırma iyun ayında keçiriləcək.”, - deyə E.Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti