...

“Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçiriləcək

Cəmiyyət Materials 22 Aprel 2024 15:24 (UTC +04:00)
“Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçiriləcək

Bakı. Trend:

25 aprel 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçiriləcək.

Həyata keçiriləcək maarifləndirici tədbir gənc auditoriya, xüsusi ilə könüllülər üçün nəzərdə tutulmuşdur. Seminar zamanı peyvəndlərlə qarşısı alına bilən xəstəliklər, peyvəndləmənin vacibliyi, o cümlədən peyvəndlərlə bağlı miflər barədə Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda təqdimatla çıxış edəcək.

Seminar əyani şəkildə saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant şəkildə isə zoom platformasında həyata keçiriləcək. Əyani iştirak yalnız dəvətnamə əsasında, distant iştirak isə qeydiyyatla həyata keçiriləcəkdir.

Seminarda iştirak edərək proqramı tamamlayan gənclərə sertifikat veriləcək.

Seminarda iştirak ödənişsizdir. Seminarda distant iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.

• Proqramla tanış olmaq üçün link: https://customshospital.az/peyvendlerle-elaqedar-dogru-bildiyimiz-yanlislar/
• Distant iştirak üçün qeydiyyat linki: https://us06web.zoom.us/webinar/register/WN_ZTjID0n7RHyoDK6_w1H0FA

Xəbər lenti

Xəbər lenti