...

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Cəmiyyət Materials 28 May 2024 17:54 (UTC +04:00)
Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beş gün əvvəl Tovuzda su anbarında batmış şəxsin meyiti tapılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, ayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti