Bakı. Trend:
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fateh Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Trend-in məlumatına görə, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabındakı paylaşımında Azərbaycan bayrağının rənglərinə bürünən İstanbulun bu gecə daha gözəl göründüyünü bildirib.
Nazir paylaşımında “Fateh Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə büründü. Azərbaycanın Müstəqillik Günü mübarək olsun” - deyə bildirib.