Bakı. Trend:
Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur.
Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.