...

Ağsuçay məcrasından çıxıb - Əraziyə ağır texika və canlı qüvvə cəlb edilib

Cəmiyyət Materials 27 İyun 2024 13:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.

Trendxəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır.

Aramsız yağan leysan yağışlardan sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb.

Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.

Əraziyə ağır texika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.

Xəbər lenti

Xəbər lenti