...

Şəmkirdə 14 il əvvəl törədilmiş qətllə bağlı ibtidai istintaq yekunlaşıb

Cəmiyyət Materials 27 İyun 2024 16:47 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

14 il əvvəl Şəmkirdə törədilmiş qəsdən adam öldürmə cinayətinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində 14 il əvvəl Şəmkir rayonunda törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. (https://genprosecutor.gov.az/az/post/7140)

Həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində, Şəmkir rayonunun Yeniabad kənd sakini 1989-cu il təvəllüdlü Turab Vəliyevin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində 15.02.2010-cu il tarixdə hərəkətdə olarkən göstərilən sərnişin daşıma xidməti müqabilində ödənişlə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunu idarə etdiyi avtomobildə üzərində gəzdirdiyi cib bıçağı ilə çoxsaylı bədən xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla Baş Prokurorluqla digər hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti