...

Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 30 İyul 2024 15:38 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 31-i saat 09:00-dan etibarən Bakı şəhərinin Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, görülən işlər zamanı yol bağlanmayacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri görüləcək ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti