...

Yaponiyada memarlığın sirrlərini öyrənən Ləmanın Laçında diqqətini nə çəkdi?

Cəmiyyət Materials 6 Avqust 2024 16:30 (UTC +04:00)
Yaponiyada memarlığın sirrlərini öyrənən Ləmanın Laçında diqqətini nə çəkdi?
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Yaponiyada Azərbaycan memarlığını tanıdıram.

Bunu Trend-in Laçına ezam olunmuş əməkdaşına açıqlamasında Yaponiyadan doktorantura təhsili alan Ləman Tarverdiyeva deyib.

"Hal-hazırda Yaponiya dövlət təqaüdçüsü olaraq memarlıq ixtisası üzrə doktoranturada təhsil alıram. Bu il etibarı ilə Yaponiya memarlıq ittifaqının üzvüyəm həmçinin dizaynerlər cəmiyyətinin Yaponiyada üzvüyəm. Tədqiqatım ənənəvi memarlıq abidələrindəki simvolik dillə bağlıdır. Xüsusi ilə tədqiqatımın yarısı türbə memarlığıdır ki, bu da Azərbaycan türbə memarlığına aiddir. Bu günə qədər türbə memarlığındakı simvolik dilə aid aparılmayan tədqiqatı mən aparıram. Bu vəsilə ilə də Yaponiyada Azərbaycan memarlığını ilk dəfə tanıtmış bu cəhətdən alim sayılıram. Gördüyüm yenidən qurma ilə bağlı Prezidentimizin verdiyi tapşırıqlar və göstərişlər əsasında Ağıllı Kənd prinsipi əsasında qısa vaxt ərzində kifayət qədər yaxşı işlər görülüb. Daha da yaxşı işlər görüləcəyini ümid edirəm. İstər koteclər, istərsə də yenidən tikilmiş evlərin, kifayət qədər məhv olunmuş evlərin qənaət bəxş şəkildə bu ərazidə yenidən qurulur. Bir memar kimi mən bunu belə dəyərləndirirəm", - deyə o, əlavə edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilir. Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti