...

Bakı metrosuna gizli girən əcnəbilərə hökm oxundu

Cəmiyyət Materials 10 Sentyabr 2024 15:17 (UTC +04:00)
Bakı metrosuna gizli girən əcnəbilərə hökm oxundu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Trend xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.

Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.

Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum edilib. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.

Xəbər lenti

Xəbər lenti