Bakı. Trend:
"Huawei Technologies Co." "iPhone 16"nın təqdimatından dərhal sonra Mate XT adlı ilk kommersiya məqsədli 3 qat qatlanan smartfonunu təqdim edib.
Trend xəbər verir ki, bu innovativ cihaz qiyməti 19 999 yuan (2800 ABŞ dolları) olan 10 düymlük bir planşeti smartfon ilə birləşdirir və "Huawei"in aparat sahəsindəki liderliyini vurğulayır.
Qeyd edək ki, 1987-ci ildə təsis olunan "Huawei" dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) və ağıllı cihazlar üzrə əsas infrastruktur təminatçısıdır. Şirkətin 207 000 əməkdaşı var. "Huawei" 170-dən çox ölkə və bölgədə fəaliyyət göstərir və dünya miqyasında üç milyarddan çox insanı xidmət göstərir. Şirkət tamamilə ağıllı bir dünya yaratmaq məqsədilə rəqəmsal texnologiyaları hər bir insan, ev və təşkilatın həyatına daxil etməyə çalışır.