...

Ağdam sakinləri şəhidlərini anır (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Sentyabr 2024 12:22 (UTC +04:00)
Ağdam sakinləri şəhidlərini anır (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda 27 Sentyabr - Anım Günü ilə bağlı şəhidlərin xatirəsi yad edilib.

Trend xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

27 Sentyabr - Anım Günü münasibətilə öncə Şəhidlər abidəsi qarşısına toplanan izdiham Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Mərasimdə şəhid ailələrinin üzvləri və rayon rəsmiləri çıxış edib. Çıxışlarda Azərbaycanın haqq savaşında qazandığı zəfərdən, xalqın birlik və bərabərliyindən danışılıb.

Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Şəhidlər xiyabanına insan axını davam edir.

Xəbər lenti

Xəbər lenti