Bakı. Trend:
Oktyabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8
mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax,
Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala,
Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab,
Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək,
Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu,
Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək,
Bakıda və Abşeron yarımadasında: Pirallahıda 8 mm, Bakıda 4 mm,
Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Naftalanda 24
m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s,
Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman
müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27,
Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17
dərəcəyədək isti qeydə alınıb.