...

Gəncədəki partlayışda ölən və yaralananların adları bilindi

Cəmiyyət Materials 18 Oktyabr 2024 09:09 (UTC +04:00)
Gəncədəki partlayışda ölən və yaralananların adları bilindi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Trend xəbər verir ki, ölənlər 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci il təvəllüdlü Könül Xudaverdiyevadır.

Hadisə nəticəsində xəsarət alanlar 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 1991-ci il təvəllüdlü Bəxtiyar Orucov və 2004-cü il təvəllüdlü Nuranə Əliyevadır.

Qeyd edək ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

FHN-nin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti