...

Bakıda bu küçələrdə hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Cəmiyyət Materials 18 Oktyabr 2024 09:28 (UTC +04:00)
Bakıda bu küçələrdə hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bəzi küçələrdə avtomobillərin hərəkət istiqamətinin dəyişdiriləcəyi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

"Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur",- qurumdan qeyd edilib.

Xəbər lenti

Xəbər lenti