...

Bərdədə narkotik çəkib avtomobil idarə edən sürücü tutuldu (VİDEO)

Hadisə Materials 18 Oktyabr 2024 09:20 (UTC +04:00)
Bərdədə narkotik çəkib avtomobil idarə edən sürücü tutuldu (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti