...

Maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olacaq - Muxtar Babayev

İqtisadiyyat Materials 18 Oktyabr 2024 10:28 (UTC +04:00)
Maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olacaq -  Muxtar Babayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olacaq.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.

"Maliyə olmadan heç nəyə nail ola bilmərik. Bu il maliyyə resurslarının nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə gördük. Demək olar ki, bütün məsələlər maliyyələşmədən başlayır. Dünyada artıq bunu hər kəs başa düşür və maliyyə sektorundan çox şey gözləyirlər", - o bildirib.

Onun sözlərinə görə, gələcək iqtisadi artım və iqtisadiyyatımızın inkişaf edəcəyi istiqamət, əsasən, bank sektorundan asılı olacaq.

"Maliyyə sektoru bu işin əsas hərəkətverici qüvvəsinə çevriləcək. Banklardan və maliyyə institutlarından yaradıcılıq və müxtəlif təkliflər baxımından böyük gözləntilərimiz var. Bu alətlərin qarışıq formalarının inkişafı, onların bazara çıxarılması, biznes üçün yeni təkliflər və onların dövlət qurumlarına təqdim edilməsi bizim üçün böyük gündəlik yaradacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti