...

Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

Cəmiyyət Materials 2 Dekabr 2024 20:43 (UTC +04:00)
Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib.

Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir.

Bildirilib ki, IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.

Ölkədə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3 000 uşağın iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti