...

Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırıldı

Cəmiyyət Materials 22 Fevral 2025 12:22 (UTC +04:00)
Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

"Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.

Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər. Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur", - AYNA-dan bildirilib.

Xatırladaq ki, dünən kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti