...

Yaşayış binasında bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi (VİDEO)

Cəmiyyət Materials 7 Mart 2025 09:53 (UTC +04:00)
Yaşayış binasında bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəsli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Bildirilib ki, xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2012-cı il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti