Bakı.Trend:
Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının sabiq müdiri Ağayeva Ülviyyə Baloğlan qızının məhkəməyə müraciəti rədd edilib.
Trend-in əldə etdiyi Ülviyyə Ağayeva fəaliyyəti dövründə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifədən azad edilib.
Sabiq müdir daha sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edərək əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını əsassız sayaraq rədd edib.
Məlumatı Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) təsdiqləyiblər.