...

Azərbaycanda sahibkarlıq üzrə fəaliyyət göstərən əcnəbilərin sayı açıqlanıb

Cəmiyyət Materials 2 Dekabr 2025 16:37 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyekti olan müəssisələrdə fəaliyyət göstərən əcnəbilərin sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Xidmətinin məcmuəsində əks olunub.

Məlumatlara görə, 2024-cü ildə mikro, kiçik və orta sahibkarlıq subyekti olan müəssisələrdə 1790 nəfər əcnəbi fəaliyyət göstərib. Bunlardan 1133 nəfər orta, 417 nəfər kiçik, 240 nəfər isə mikro sahibkarlıq subyektli müəssisələrin payına düşüb.

Kənd təsərrüfatı, meşə və balıqçılıq üzrə 22, sənaye üzrə 248, mədənçıxarma sənayesində 98, emal sənayesində 134, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 6, su təchizatı üzrə 10, tikinti sektoru üzrə 234, tursitlərin yerləşdirilməsi və ictimai iaşə üzrə 85, informasiya və rabitə üzrə 77, daşınmaz əmlakla əlaqəli əməliyyyatlar üzrə 18, təhsil üzrə 188, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə 53 nəfər əcnəbi çalışıb.

583 nəfər əcnəbi isə digər sahələr üzrə fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti