...

Türkiyə-Azərbaycan ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək

Cəmiyyət Materials 5 Dekabr 2025 13:31 (UTC +04:00)
Türkiyə-Azərbaycan ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə vətəndaşlarının rifah səviyyəsinin artırılması, sosial təminat hüquqlarının qorunması və məşğulluğun inkişaf etdirilməsi istiqamətində birgə işlər görülür.

Trend xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə əmək, məşğulluq və sosial sahələrdə eyni hədəflərə malikdir:

"Biz həqiqətən bir qardaş kimi birgə çalışırıq. Xüsusilə hər iki ölkənin vətəndaşlarının rifah səviyyəsinin artırılması, sosial təminat hüquqlarının qorunması və məşğulluğun inkişaf etdirilməsi istiqamətində birgə işlər görülür.

Xüsusilə işçi qüvvəsinin mobilliyində maraqlıyıq. Regionda işçi qüvvəsinin hərəkətliliyi çərçivəsində bunun Türk Dövlətləri Təşkilatı tərəfindən idarə olunmasını istəyirik. Təşkilata üzv ölkələrin Prezidentləri və əmək nazirləri ilə birlikdə bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti