...

ABŞ-nin Azərbaycandakı Səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib

Cəmiyyət Materials 25 Dekabr 2025 13:33 (UTC +04:00)
ABŞ-nin Azərbaycandakı Səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və Kapitan İqor Kşnyakin, Birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial media hesabında paylaşım edib.

"Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti