...

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən hotellərin sayı məlum olub

Cəmiyyət Materials 7 Yanvar 2026 13:07 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən hotellərin sayı məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 35 hotel turistlərin xidmətindədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

"İşğaldan azad edilmiş şəhər və rayonlarımıza səfər edən turistlərin istirahətinin təşkili üçün mehmanxanalar və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir", - deyə agentlikdən əlavə edilib.

Qeyd edək ki, ötən ilin ilk beş ayınadək işğaldan azad edilən ərazilərdə 17 hotel fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti