Bakı. Trend:
Evdə baş verən doğuş hallarında doğum haqqında şəhadətnamənin alınması yalnız məhkəmə qaydasında mümkündür. Evdə doğuş və hamiləliyin pozulması halları hüquq-mühafizə orqanlarının nəzarət predmetinə daxildir.
Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.
Onun sözlərinə görə, evdə doğuş hallarında son üç il ərzində ana ölümü qeydə alınmayıb:
“Evdə doğuş hallarında əsas problemlər infeksiya və qanaxma risklərinin vaxtında aradan qaldırılmaması, doğuş zamanı baş verə biləcək ağırlaşmaların qarşısının alınmaması, profilaktik peyvəndlərin aparılmaması, eləcə də doğum haqqında şəhadətnamənin əldə edilməsində yaranan çətinliklərdir”, həkim qeyd edib.
