Bakı. Trend:
Bakıda şagirdin güllələdiyi müəllim palataya köçürülüb.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Məlumata görə, hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
