...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2026 21:40 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar.

Trend xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.

Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti