...

BDYPİ sürücülərə müraciət etdi

Cəmiyyət Materials 10 Fevral 2026 08:24 (UTC +04:00)
BDYPİ sürücülərə müraciət etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

"Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər".

Xəbər lenti

Xəbər lenti