...

TERRORİZMLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI YENİ DƏRS VƏSAİTİ İŞIQ ÜYZÜ GÖRÜB

Cəmiyyət Materials 22 Avqust 2005 16:54 (UTC +04:00)

Azərbaycan Elmlər Akademiyasının insan haqları üzrə İnstitutunun direktor müavini, hüquq elmləri doktoru Çingiz Mustafayevin "Terroizm" adlı kitabı dərc olunub. Bu barədə Trend məlumat verib.

Terrorizmlə mübarizə məsələləri üzrə nəzəri materiallara əsaslanan müəllif terrorizmin mahiyyətini, bu ictimai hadisənin yaranmasının səbəblərini, onun proqnozlarını və yaranma yollarını izah edir.

Nəşr geniş oxucu kütləsi üçün, həmçinin elmi dairələrin nümayəndələri, ali məktəb müəllimləri, hüquq və politologiya fakultələrində oxuyan tələbələr üçün nəzərdə tutulub. Redaktoru Əziz Rzabəylinin olduğu kitab "Çinar-Çap" nəşriyyatında nəşr olunub.

Kitab 4 bölmədən ibarətdir: terrorizmlə mübarizədə beünəlxalq hüquq və cinayət hüquqi aspektlər, terrorizmin ekstremizm, separatizm, hərbi əməliyyatlar və milli müstəqillik hərəkatları ilə əlaqəsi, terrorizmin şəxsiyyət azadlığı və hüquq müdafiəsinə münasibətdə yaratdığı təhlükə, eləcə də terrorizmlə mübarizənin kriminal aspektləri.

Qeyd edək ki, Çingiz Mustafayev hüquqşünaslıq üzrə bir sıra kitabların müəllifidir. Belə ki, 1991-ci ildə o, "İnzibati səhv və cinayətkarlıq", 1994 -cü ildə "Kriminalogiyanın problemləri və əmlakın oğurlanmasında cinayət hüququ" momnoqrafiyasını, 1995-ci ildə "Əmlakın oğurlanmasında cinayət məsuliyyətinin problemləri" və nəhayət 2002-cim ildə "Cinayətkarlıq və cəmiyyət" adlı kitabını dərc etdirib.

Xəbər lenti

Xəbər lenti