...

YUNİSEF AZƏRBAYCAN OMBUDSMANININ TƏHSİL PROBLEMLƏRİ ÜZRƏ TƏKLİFLƏRİNİ BƏYƏNİB

Cəmiyyət Materials 27 Sentyabr 2005 16:52 (UTC +04:00)

Azərbaycan ombudsmanı Elmira Süleymanovanın ölkədə təhsil problemlərinin həlli üzrə təklifləri YUNİSEF tərəfindən bəyənilib. Azərbaycanın ombudsman aparatında Trend ə bildirilib ki, YUNİSEF-in təhsilin keyfiyyətinin təkmilləşdirilməsi şöbəsinin direktoru xanım Meri Coy Riqozzi ilə ombudsman arasında təşkilatın Parisdəki mənzil-qərargahında bu barədə söhbət aparılıb.

E.Süleymanova səfər çərçivəsində həmçinin sabit inkişaf naminə təhsil problemləri sektorunun rəhbəri Aline Bori-Adams ilə də görüşüb və insan hüquqlarının tətbiq edilməsi nöqteyi-nəzərindən minilliyin təhsil problemləri üzrə YUNESKO proqramlarının gerçəkləşdirilməsi Məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti